Beyrut limanında partlayış zamanı ağır yaralanan Niderlandın Livandakı səfirinin xanımı vəfat edib.
7 Times-ın xəbərinə görə, bu barədə Niderland Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, səfir Jan Valtmansın xanımı 55 yaşlı Hedviq Valtmans-Molier avqustun 4-də Beyrut limanında partlayış baş verən zaman evdə olub. Səfirin yaşadığı bina da partlayışın təsirinə məruz qalıb.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 154 nəfər ölüb, 5 mindən çox insan xəsarət alıb. 60-dan artıq şəxs itkin düşüb.
Follow @7timesaz