Aktual

Bill Qeytsin son addımı səs-küy yaratdı: 11 nəfərin yeni virusdan öldüyü gün…

Bill Qeytsin son addımı səs-küy yaratdı: 11 nəfərin yeni virusdan öldüyü gün…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19 pandemiyasını qəsdən başlatdığı iddia edilən milyarder Bill Qeytsin son addımı yenə gündəm olub.

 

7Times.az  bildirir ki, süni ət və iqlim dəyişikliyi kimi insanları təhdid edən bütün hadisələrdən sonra ortaya çıxan iş adamı xüsusilə sosial mediada böyük əks-səda yaradıb.

 

Belə ki, ağcaqanadlar vasitəsilə yayılan “Qərbi Nil” virusunun Yunanıstanda bir gündə 11 nəfərin ölümünə səbəb olduğu zaman iş adamı şəxsi hesabında diqqət çəkən həmlə edib.

 

O, “Twitter”də örtük fotosuna ağcaqanad şəkli yükləyib. Bu isə istifadəçilər arasında müzakirə obyektinə çevrilib, pandemiyadan sonra “əsas şübhəli” olduğu deyilən Qeyts haqqında iddiaları gücləndirib.

Qeyd edək ki, bundan öncə Bill və keçmiş həyat yoldaşı Melinda tərəfindən qurulan fond malyariya xəstəliyinin qarşısını almaq üçün geni dəyişdirilmiş ağcaqanadların istehsal edilməsi təşəbbüsünü dəstəkləyib.