Dünya

“Bilsəniz ki, kimlər qumar oynayır, dəhşətə gələrsiniz” – VİDEO

“Bilsəniz ki, kimlər qumar oynayır, dəhşətə gələrsiniz” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türk musiqisinin əfsanəvi ismi Nil Burak 40 ildir qumar oynadığını etiraf edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türk musiqisinin əfsanəvi sənətçilərindən olan Nil Burak şəxsi həyatından danışıb.

Ustad sənətçi qumar aludəçiliyi ilə bağlı da diqqətçəkən etiraflar edib.

İlk iki evliliyindən danışan müğənni 40 ildir qumar oynadığınl etiraf edib: 40 ildir ki, qumar oynayıram. Ancaq heç vaxt çox pulla oyuna girməmişəm, cibimə görə oynamışam. Siz bilsəniz ki, Şimali Kiprdə kimlər qumar oynayır, dəhşətə gələrsiniz.
Nil Burak şəxsi həyatında və karyerasında uğur qazana bilmədiyini də deyib: “İnternetdə 1969-cu ildə bir adamla evləndiyim yazılıb, amma belə bir şey yoxdur. İlk evliliyim 1970-ci ildə menecerim Engin Kefkeflə olub, amma o evlilik real deyildi, o vaxt türk olmadığım üçün səhnəyə çıxmağıma icazə verilmirdi. Prosedurla evləndik, 10 gün sonra boşandıq”.