Alimlərin apardıqları araşdırmalar nəticəsində Yer və Ayla bağlı maraqlı detallar ortaya çıxıb. Ayın hər il Yerdən təxminən 3,8 sm uzaqlaşdığı açıqlanıb. Bu da günlərin uzanacağı anlamına gəlir.
Kosmik tədqiqatlar hər gün heyrətləndirməyə davam edir.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, alimlərin apardığı tədqiqat zamanı Yerlə Ay arasındakı məsafənin getdikcə uzandığı məlum olub.
İlk dəfə 1969-cu ildə NASA-nın Apollon missiyaları zamanı hiss edilən bu vəziyyət elm adamlarının diqqətini cəlb edib. Araşdırmalarını davam etdirən alimlər gələcəyə təsir edəcək bəzi nəticələrə gəliblər.
Alimlər Ayın hər il planetimizdən 3,8 sm uzaqlaşdığı və bu vəziyyətin milyardlarla ildir davam etdiyini açıqlayıb.
1 GÜN 24 SAATDAN ÇOX OLA BİLƏR
Ay ilə Yer arasındakı məsafə də günün müddətinə təsir edir.
Lakin mütəxəssislər bu fərqin meydana gəlməsi üçün elmi hesablamalara görə milyonlarla il keçməsinin lazım olduğunu vurğulayıblar.
2,45 MİLYARD İL ƏVVƏL 16,9 SAAT İDİ
Ay nə qədər uzaq olarsa, günlər də bir o qədər uzanır. 2,45 milyard il əvvəl günlər 16,9 saat olub.
MEDCEZİR HADİSƏSİ NƏDİR?
Ərəbcə qalxma və enmə mənasını verən coğrafi termini ifadə edir. Bir göy cisminin digər göy cisminə cazibə qüvvəsi ilə hər iki göy cismində baş verən forma təhriflərini təsvir edir. Günəş və Ayın cazibə qüvvəsindən asılı olaraq okeanlarda və dənizlərdə suların qalxıb enməsi Medcezir adlanır. Günəş və Ayın mövqelərinin dəyişməsindən asılı olaraq, yer üzündəki sular yüksəlir və ya azalır.