Cəmiyyət

Bir gündə 28 mindən çox insan vaksinasiya olundu

Bir gündə 28 mindən çox insan vaksinasiya olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 277 vaksin vurulub.

7times.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 265, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 218 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 20 794 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 046 136, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 138 212, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 638 622 nəfər təşkil edir.

Ümumilikdə isə 1 269 302 buster doza vurulub.