Ölkə

“Bir vaxtlar deyirdilər ki, yemək verilməsin, yalnız çay süfrəsi olsun…”

“Bir vaxtlar deyirdilər ki, yemək verilməsin, yalnız çay süfrəsi olsun…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması artıq bir neçə gündür müzakirə olunan məsələlərdən biridir. Müzakirəyə səbəb isə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsinin qadağan edilməsi ilə bağlıdır.

Belə ki, bu addım kənd ağsaqqallarının iştirakı ilə keçirilən yığıncaqda qəbul edilib. Bəzi dindarlar da bildirir ki, bu dinimizdə günah hesab olunur.

Maralqıdır, ölkə ziyalılarının, tanınmışların məsələyə münasibəti necədir?

Milli Məclisin deputatı Vahid Əhmədov Redaktor.az-a bildirdi ki, yas mərasimlərində ehsan verilməsinin qadağan edilməsi ilə bağlı rayonlarda söhbət aparılır.

“Qubadan bir şəhidin ildönümdən gəlirəm, icra başçısı da yas mərasimində iştirak edirdi və məsələ ilə bağlı söhbət gedirdi. Ümumiyyətlə, israfçılıq kifayət qədər çoxdur. Quranda da belə bir şey yoxdur, yəni bu yas mərasimlərinin belə keçirməsi ilə bağlı. Bir vaxtlar bəzi yerlərdə deyirdilər ki, yemək verilməsin, yalnız çay süfrəsi olsun, bunu müəyyən qədər başa düşmək olar. Onun tərəfdarıyam ki, bu məsələ müəyyən qədər qayda-qanuna salınmalıdır. Ümumiyyətlə, Azərbaycanda bu adət-ənənədir, birdən-birə yığışdırmaq düzgün olmaz. Amma yavaş-yavaş təbliğat aparıb bu işləri yoluna qoymaq lazımdır”, – deyə millət vəkili fikrini yekunlaşdırdı.