Aktual

“Biz “Azov”çuların 700 nəfər olduğunu bilirdik, indi neçəsinin sağ qaldığından xəbərsizik…”

“Biz “Azov”çuların 700 nəfər olduğunu bilirdik, indi neçəsinin sağ qaldığından xəbərsizik…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azov”çular çox peşəkar və döyüşkən bölmədir, ona görə də Rusiya üçün əsas düşmən və qlobal hədəfdir”
“Onlar Günəş işığına həsrətdir, yemək azdır, içməli su yoxdur, bir stəkandan texniki su içirlər, dərmanlar çatışmır, ətraflar keyidilmədən amputasiya edilir…”
Mariupolda mühasirədə olan “Azovpolad” zavodunda qalan hərbi qulluqçuların həyat yoldaşları- Anna Naumenko, Yekaterina Prokopenko, Yuliya Fedosyuk və Olqa Andrianova mətbuat konfransı keçirərək, öz ərlərinin hansı şəraitdə olması barədə danışıb.
Qadınlar beynəlxalq birliyin diqqətini Mariupoldakı vəziyyətə yönəltməyə cəhd edib.
Moderator.az xəbər verir ki, bu barədə “9- cu kanal” nəşri məlumat yayıb.
Döyüşçü Arseniy Fedosyukun həyat yoldaşı Yuliya məlumat verib ki, ukraynalı hərbçilərin, demək olar ki, sığınacaqdan çıxmaq imkanı yoxdur, çünki daimi atəşlər altındadır.
“Onlar zamanlarının çoxunu bunkerdə keçirməli olur, çünki daima bombardmanlara məruz qalır. Bu, üç tonluq bombalardır, bu, daimi işləyən aviasiyadır, gəmi və Yerüstü artilleriyadır, tanklardır. Onlar üç gün ardıcıl olaraq yerin üzərinə çıxmayıb…
Onlar Günəşdən məhrumdur, sığınacağı bürümüş göbələklərlə nəfəs alır, sığınacaqdan çıxanda isə su və qıda axtarırlar”, – Yuliya danışıb.
“Azov”un komandiri Denis Prokopenkonun həyat yoldaşı Yekaterina qeyd edib ki, orada içməli su çox azdır, müdafiəçilər texniki su içməyə məcburdur.
“Çox az qıda qalıb, hər gün bir stəkan texniki su içirlər. Bir neçə saat öncə əlaqə saxlamışam. Məni dəhşətə gətirən “Azovpolad”a fosfor bombalarının atlılmasıdır. Mən hər şeyin yaxşı olub- olmadığını soruşdum. O, dedi ki, hələ ki, dayanmışıq”, – Yekaterina məlumat verib.
Qadınlar bəyan edib ki, hərbçiləri xilas etməyin yeganə yolu üçüncü ölkələrin iştirakı ilə ekstraksiya prosedurunun aparılmasıdır. Lakin bütün diplomatik səylər Rusiya rəhbərliyinin danışıqıardan boyun qaçırması ilə heçə enir. Ona görə də hərbçilər bədbindir, döyüşçülər “son döyüş”ə hazırlaşır.
“Azov”çuların həyat yoldaşları danışıb ki, yaralıların sayı daim dəyişir, bəziləri dünyasını dəyişir, həm də atəşlərdən və bombardmanlardan yeniləri əlavə edilir.
“Biz onların 700 nəfər olduğunu bilirdik. İndi neçəsinin sağ qaldığından xəbərsizik. “Hospital”da hava çatışmır, sıxlıqdır. Oraya qida göndərilməsi üçün azca imkan var”, – Anna Naumenko deyib.
Olqa Andrianova əlavə edib ki, lazımi dərmanların olmaması səbəbindən yaralılar zəruri tibbi yardım ala bilmir:
“Onların hətta az zədələri olanların da ətraflarını amputasiya edirlər. Ağrıkəsicilərsiz edirlər bunu. Onların heç bir təbabəti yoxdur. Hamı üçün bir stəkan var, 5-6 saatdan bir bir qurtum içirlər”.
Olqa həmçinin danışıb ki, rusiyalı hərbçilər daima “Azov”çulara təslim olmağı təklif edir, amma qadın əmindir ki, Rusiyada onları ölüm gözləyəcək.
Bu məlumatı Yuliya Fedosyuk təsdiq edib:
“2014- cü ildən yalnız bir “Azov”çu rus əsirliyindən geri dönüb, onun da dişləri çıxarılıb, daxili orqanları zədələnib. Yerdə qalanlara əzab verilib və qətlə yetirilib, ona görə də əsir düşmək variant ola bilməz. Rusiyalıların “Azov”şulara xüsusi münasibəti var, başqa bölmələrdə olduğundan çox pisdir. Həm təbliğatla bağlı, həm də ona görə ki, bu, çox peşəkar, döyüş qabiliyyəti yüksək olan bölmədir, danışıqlara və razılaşmalara gedən deyillər. Ona görə də onları əsas düşmən, Rusiyanın qlobal hədəfi hesab edirlər”, – Yuliya deyib.