Ölkə

“Biz onları yaxşı mütəxəssis və həkim kimi gözləyirdik” – Zəlzələdə həlak olan tələbələrin müəllimi

“Biz onları yaxşı mütəxəssis və həkim kimi gözləyirdik” – Zəlzələdə həlak olan tələbələrin müəllimibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“6 fevraldan bu günə qədər mən hər dəqiqəni izləmişəm. Onlardan xəbər tutmağa çalışmışam. Çox böyük ümidlə onların sağ çıxarılmasını gözləyirdim”.

Bunu 7Times.az-a açıqlamasında Hümam İsmayıllı və Gündüz Nəzərzadənin təhsil aldığı Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyin direktoru Rüxsarə Məmmədova deyib. O qeyd edib ki, Hümam və Gündüz təhsil aldıqların liseyin ən dəyərli şagirdlərindən olublar:

“Gündüz və Hümam balamızla yanaşı digər iki tələbənin də sağ olacağına ümid edirdim. Təəssüf ki, bu gün belə bir mərasimə yığışası olduq. Çox təəssüf doğurur. Hümam və Gündüz bizim ən dəyərli şagirdlərimiz olub. Onlar ən dəyərli məzunlarımız olub. Biz onları yaxşı mütəxəssis və həkim kimi gözləyirdik. Bu heç vaxt keçən ağrı deyil. Həmişə xatırlanacaqlar. Həm müəllimləri, həm də şagirdlər tərəfindən heç vaxt unudulmayacaqlar”.

7Times.az