İqtisadiyyat

“Bizdə qiymətlər daha çox “Qara cümə”dən öncə qaldırılır” – AÇIQLAMA

“Bizdə qiymətlər daha çox “Qara cümə”dən öncə qaldırılır” – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il noyabrın son cümə günü dünyada “Black Friday” adı ilə mağazalarda endirimli satışlar təşkil olunur. ABŞ-da keçirilən Şükran Günü bayramından sonra ilk cümə günü məşhur “Black Friday”, yəni “Qara cümə” günü keçirilir. Həmin gün bir sıra alış-veriş mərkəzlərində endirimlər olur. Bu ənənə Azərbaycana da gəlib. Amma bir az başqa formatda. Alıcılar 50-70 faizlik endirimlərin həqiqəti əks etdirmədiyinə öyrəşiblər. Paytaxtın bəzi mağazaları həmin gün üçün endirimlər edir, ancaq bu, kütləvi xarakter daşımır. 

Maraqlıdır, Azərbaycanda “Black Friday” kampaniyaları nə dərəcədə realdır?

7times.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli “Demokrat.az”-a bildirib ki, Azərbaycanda “Qara cümə” ilə bağlı baş verən proseslər dünyadakı proseslərdən tam fərqlidir.

Ekspert qeyd edib ki, dünyada tanınmış brendlər dünya üzrə eyni qaydalara uyğun endirim aksiyaları təşkil edir:

“Ancaq bizdə gördüyümüz brendlər birbaşa bazar iştirakçısı deyil. Bizdə ən məşhur şirkətlərin yerli nümayəndəliklər frayçayzinq müqaviləsi ilə işləyirlər. Sadə dillə desək, brend malları sərhəddə təhvil verib gedirlər. Amma onun satış və vergi siyasətini qarışmırlar. Ona görə də, bizdə bu proses tamamilə fərqli baş verir, yəni dünyadakı gedən trendlə eyni qaydalar üzrə olmur. Çox təəssüflər olsun ki, bizdə bəzən qiymətlər daha çox bu endirim kampaniyalarından öncə yuxarı qaldırılır. Sonradan kifayət böyük rəqəmlərlə endirilir. Ancaq malı hansı qiymətə satmaq istəyirlərsə, zatən də o qiymətlər ətrafında olur, yəni endirimlər çox da ciddi hiss edilmir.

ABŞ-da, Avropada insanlar bir il bəzən alış-veriş etmədən, məhz bu “Qara cümə”ni və endirim kampaniyalarını gözləyirlər. Hələ ki, bizdə o ənənə formalaşmayıb. Ona görə də, bizdə böyük şirkətlərə normal şərait yaradılmalıdır ki, belə kampaniyalarda iştirak edə bilək”.