Ölkə

“Bizim əsas problemimiz bu vəhşi milləti əhilləşdirməkdir” – Fazil Mustafa

“Bizim əsas problemimiz bu vəhşi milləti əhilləşdirməkdir” – Fazil Mustafabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyimiz kimi rəsmi Bakının təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmışdı. Amma bütün razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub.

Xarici İşlər Nazirliyi də bununla bağlı məlumat yayaraq bildirib ki, onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olmadıqlarını bir daha nümayiş etdirib.

Yevlaxdakı görüşün son anda ləğv olunması ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Redaktor.aza danışdı.

Deputat söylədi ki, ermənilər tərəfindən belə addımlar tez-tez atılacaq.

“Çünki ermənilərin bütün məsələlərdə əsas hədəfi bu irəliləmənin qarşısını almaq və yazıq görüntüsü yaradaraq dünyanın müxtəlif qütblərindən dəstək almaqdır. Amma bu dəstəyi bu formada alacaqları da artıq şübhə doğurur. Çünki bütün hallarda Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti erməni manevrlərinin, erməni üsullarının mütəxəssisidir. Bilirik ki, harada erməni hansı addımı atmağa qadirdir. Ona görə də bizim əsas problemimiz bu vəhşi milləti əhilləşdirməkdir, bunun yollarını da həm də düşünməliyik, müzakirə etməliyik. Çünki bu ömür boyu terrora, vəhşiliyə alışmış bir millət nə etməlidir? Mütləq bu prosesin irəliləməsinə əngəl yarada biləcək addımlar atmalıdır. Bu cür görüşlərdən imtinaların səbəbini burada axtarmalıyıq və belə sürprizləri onlar tez-tez bizə göstərəcəklər. Ona görə də bütün proseslərdə yenə də təşəbbüskarlığı öz əlimizdə saxlamalıyıq”, – deyə millət vəkili vurğuladı.