Aktual

Blinken: “Ərzaq təhlükəsizliyi ilə bağlı problemlər olacaq”

Blinken: “Ərzaq təhlükəsizliyi ilə bağlı problemlər olacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna ilə bağlı vəziyyət bütün dünya üçün ərzaq təhlükəsizliyi ilə bağlı problemlər yaradır”.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

“Problemlər buğdanın tədarükü ilə yanaşı, enerjinin qiymətində də başlayacaq. Buna görə də Avropa enerji mənbələrinin şaxələndirilməsinə başlamalıdır”, – deyə o vurğulayıb.

Bundan əvvəl BMT-nin Dünya Ərzaq Proqramının rəsmi nümayəndəsi Tomson Piri də bildirib ki, Ukraynada baş verən hadisələr inflyasiya və aclığa səbəb ola bilər.