Koronavirus pandemiyasının nəticələri dünyanı dəhştəli aclığa sürükləyə bilər.
7times.az xəbər verir ki, belə bir qorxulu proqnoz Ümumdünya Ərzaq Proqramının (ÜƏP-BMT sisteminə daxildir) rəhbəri Devid Bisli tərəfindən səsləndirilib.
Onun sözlərinə görə, pandemiyanın nəticələrinin yumşaldılması məqsədilə humanitar fəaliyyətin aparılması üçün təşkilata qarşıdan gələn yarım il ərzində ən az 5 milyard dollar pul lazımdır.
“Əlimizdə olan məlumatlar, o cümlədən dünya əhalisində ərzağa ehtiyac duyan insanların 80% artması (140 milyondan 270 milyona qədər) bizə əsl fəlakətin qarşıda olduğunu bildirir. Biz indi əsl qiyamət ssenarisi iə üz üzə qalmaq riski ilə üzləşmişik”, – deyə D.Bisli qeyd edib.
ÜƏP rəhbəri başçılıq etdiyi təşkilatın hazırda əsas vəzifəsinin 2020-ci ildə 138 milyon insana ərzaq yardımı götürməkdən ibarət olduğunu söyləyib. Bunun üçün isə yaxın 6 ay içində 4,9 milyard dollar lazımdır. “Bu məbləğ bizə 83 ölkədə humanitar fəaliyyət göstərə biləcəyimizə kömək edəcək”, – deyə o bildirib.
Məlum olduğu kimi, hazırda koronavirusa pandemiyasından ölənlərin sayı artıq 800 mini keçib. Ümimilikdə isə dünyada 23 milyon 120 mindən çox insan infeksiyaya yoluxub. Musavat.com
Follow @7timesaz