Boşanmadan sonra kimlər daha xöşbəxtdirlər – kişilər ya qadınlar? Bu dəfəki “Boşanmadan sonra kimlər daha xöşbəxtdirlər – kişilər ya qadınlar?” mövzusunda olan sorğunu bu dəfə britanya dərgisi The Time aparmışdır. Dərgi 1060 insanın fikrini cəmləməyi bacarmışdır. Rəyi soruşulanların orta yaşları 54 yaş təşkil edir. Onlar zamanında ailə qurmuş, portnyorları ilə xöşbəxt yaşamış, sonradan isə boşanmışlardırlar. Beləliklə, sorğuda 30 sual online formada təqdim edilmişdir.
İlk olaraq müəyyən edilmişdir ki, boşanma qadınlara kişilərə nisbətən daha çox müsbət təsir göstərmiş olur. Belə ki, boşanma qərarından sonra 53% qadın 32% kişilərdən fərqli olaraq bunu bəyan etmişlər. Qadınlar sorğunun cavablandırmasında “rahatlıq”, “azadlıq”, “müstəqillik” kimi fikirlər işlətmişlər.
Bundan başqa, 61% qadın və yalnız 47% kişi azadlıqda olduqda daha rahat və komfortlu olduqlarını bildirmişlər. Məhs bu zaman heç bir işi tələsik görmürlər, gündəlik zamanlarını düzgün planlaya bilirlər.
Maraqlı məqam isə keçmiş sevgiliyə, həyat yoldaşına olan hislərlə bağlı sualların cavabları olmuşdur. Yalnız 8% qadın keçmiş ərlərini hələdə sevdiklərini demişlər. Bu göstərici isə kişilərdə 17% təşkil etmişdir.
Bu mövzudan söhbət açmışkan, sizə bütün məlumatları olduğu kimi çatdırmalıyıq. Boşanmaların ən çox yayılmış səbəbləri siyasi patiya mənsubluğunda, eyni kino janrını sevməkdə, bədii ədəbiyyat oxuyub-oxumamaqda, qayınananın tez-tez eve gəlib-getməsində, baldızların dedi-qodu gəzdirməyində deyil. Ən çox boşanmaya səbəb xəyanət halı hesab edilir. Statistik nəticələrə görə biz kişilər əks cinsin nümayəndələrindən 30% daha çox xəyanətə meyilliyik.
İkinci səbəb isə ümumi ailə həyatının üzücü və sıxıcı olması ilə bağlıdır. 49% insanlar səbəbi bunda görsələrdə, onlardan 14%-i bir müddətdən sonra xarakterlərinin dəyişməsini əsas gətirmişlər.
Follow @7timesaz