Dünya bazarında neft qiymətləri düşüb.
Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1 barel üçün 77,93 ABŞ dolları təşkil edib. Bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,57 ABŞ dolları (0,73 %) azdır. Yanvarın 24-də bu müqavilələrin qiyməti 0,21 ABŞ dolları (0,3 %) artaraq 1 barel üçün 78,5 ABŞ dolları təşkil edib.
Nyu-York əmtəə birjasında isə “WTI” markalı neftin mart fyuçersləri 0,57 ABŞ dolları (0,76 %) ucuzlaşaraq 1 barel üçün 74,09 ABŞ dolları təşkil edib. Əvvəlki sessiyanın nəticələrinə görə bu müqavilələrin qiyməti 0,04 ABŞ dolları (0,01 %) artaraq 1 barel üçün 74,66 ABŞ dolları olub.
Ötən həftə “Brent” 2,8 %, “WTI” isə 3,5 % ucuzlaşıb. Bazara təzyiq göstərilməsinə səbəb ABŞ prezidenti Donald Trampın Davosda neft qiymətlərinin azaldılmasına nail olmaq niyyətinə dair bəyanatları olub.
Follow @7timesaz