Dünya

Britaniya yalnız bu şəxsləri Əfqanıstandan təxliyyə edəcək

Britaniya yalnız bu şəxsləri Əfqanıstandan təxliyyə edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya qüvvələri artıq yalnız Kabil hava limanında olan şəxsləri Əfqanıstandan təxliyyə edəcək.

7Times.az  xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Krallığın Mətbuat xidməti yayıb.

Məlumata əsasən, Britaniya Əfqanıstandan təxliyyə olunmaq istəyənlərin ərizələrini daha qəbul etməyəcək.

“Planlaşdırılan qrafikimizə uyğun olaraq Kabil şəhərində “Baron” hotelində texniki hazırlıq və qeydiyyat zonaları bağlı idi. Bu, bizə diqqətimizi tam olaraq artıq qeydiyyatdan keçmiş və hava limanında öz uçuşunu gözləyən Britaniya vətəndaşlarının və digər şəxslərin təxliyyə edilməsinə yönəltməyə imkan verəcək. Böyük Britaniyanın yeni ərizələri nəzərdən keçirmək imkanları olduqca məhduddur. İnsanlar artıq hava limanına çağırılmayacaq”, – deyə məlumatda qeyd olunub.