Aktual

Britaniyadan Abramoviçə yeni SANKSİYA

Britaniyadan Abramoviçə yeni SANKSİYAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Böyük Britaniya rusiyalı iş adamı, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçi sanksiya siyahısına daxil edərək, onun ölkədəki aktivlərini dondurmaq qərarına gəlib.
7Times.az  xəbər verir ki, “Rosneft”in prezidenti İqor Seçin və rus oliqarxları Oleq Deripaska və Platon Lebedevə də sanksiya tətbiq edilib.
Rusiyalı oliqarxlar Qərbin iqtisadi sanksiyalarının hədəfinə çevrildikdən sonra məşhur rusiyalı milyarder Roman Abramoviç Böyük Britaniyadakı aktivlərindən əl çəkmək cəhdlərinə başlayıb.
O, “Çelsi”nin satışından əldə olunan bütün gəliri Ukraynadakı müharibənin qurbanlarına bağışlayacağını açıqlayıb.
Abramoviç klubun saytında yayımlanan açıqlamasında bunları deyib:
“Hər hansı borcun ödənilməsinə dair tələbim yoxdur. Bu, mənim üçün heç vaxt iş və ya pulla bağlı olmayıb. Bütün bunlar mənim futbola və kluba olan saf həvəsimlə bağlı idi. Bu, həm də xeyriyyəçilikdir. Satışdan əldə olunan bütün gəlirlər komandama bağışlanacaq. Mən fondun yaradılmasını tapşırmışam. Fond Ukraynadakı müharibənin qurbanları üçün faydalı olacaq və uzunmüddətli bərpa prosesini dəstəkləyəcək”.