Maraqlı

Bu adalara köçənlərə 107 min manat pul veriləcək

Bu adalara köçənlərə 107 min manat pul veriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şotlandiya hökuməti ölkəyə məxsus adalarda əhali sayını artırmaq məqsədilə hərəkətə keçib. Musavat.com “Daily Mail”ə istinadən xəbər verir ki, İona, Vetersey, Great Bernara, Rum, Unst, Eday, Great Cumbrae ve Jura adalarına köçməyə razılaşanlara 50 min sterlinq (təxminən 107 min manat) veriləcək.

Adalarda ev inşa etməyə, satın almalara və biznes qurmağa da icazə veriləcək.

Müraciətlərin başladığını bildirən hökumət adı çəkilən adalara köçmək üçün Şotlandiya vətəndaşlığının şərt olmadığını da açıqlayıb.