Maraqlı

Bu ağacların yarpaqlarında qızıl aşkar edildi

Bu ağacların yarpaqlarında qızıl aşkar edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi ağacların yarpaqlarında kimyəvi elementlər mövcuddur. Xüsusilə də Avstraliyada qızıl sözün əsl mənasında ağacda bitir.

Musavat.com xəbər verir ki, evkalipt ağaclarının kökləri inanılmaz dərəcədə dərinliyə çata bilir. Ağacın kökləri su tapmaq üçün yerin 40 metr dərinliyinə qədər enə bilir. Belə olduğu halda ağacın kökü, torpaqdakı mineralları və elementləri də toplamış olur.

2013-cü ildə yazılan bir məqalədə Avstraliyada bəzi ağacların yarpaqlarında qızıl izlərinin tapıldığı da bildirilib.

Ancaq yeni araşdırmalar göstərir ki, evkalipt ağaclarının kökləri sayəsində qızılı ən dərindən götürüb səthə çıxarmaq mümkündür.

Əsasən Şərqi Avstraliyadakı evkaliptlərin yarpaqlarında, budaqlarında və qabığında xeyli miqdarda qızıl aşkar edilib. Bu, həmin ağacların əkildiyi yerin altında qızıl ehtiyatının ola biləcəyindən də xəbər verir.

Qeyd edək ki, Cənubi Avstraliyada bir şirkət bu məlumatlar sayəsində ağacın altında qızıl ehtiyatı tapdığını təsdiqləyib. (Musavat.com)