Ölkə

Bu dəmiryol marşrutu üzrə qatarların qrafiki dəyişdirilir

Bu dəmiryol marşrutu üzrə qatarların qrafiki dəyişdirilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21 iyun qeyri-iş günü və 27 iyun iş gününün yerdəyişməsi ilə əlaqədar, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikində dəyişiklik edilib.

Bu barədə 7Times.az-a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.

Qeyd olunub ki, qatarlar 21 iyunda iş günləri, 26, 27 və 28 iyunda şənbə günü, 29 iyunda isə bazar gününün qrafiki ilə hərəkət edəcəklər.