Ölkə

Bu ərazilərdə su olmayacaq – Sakinlərin nəzərinə

Bu ərazilərdə su olmayacaq – Sakinlərin nəzərinəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Xətai rayonunun bir həssəsinə suyun verilməsində birgünlük fasilə yaranacaq.

Bu barədə 7Times.az  -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, 1000 mm diametrli “Axpatilov” magistral su kəməri üzərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu ərazisində 23.09.2024-cü il tarixdə saat 12:00-dan 24.09.2024-cü il saat 12:00-dək suyun verilməsində fasilə yaranacaq.
Məlumata görə, müvəqqəti susuz qalan ünvanlar aşağıdakılardır:
1) Məhəmməd Hadi küçəsinin bir hissəsi;
2) Seyid Əzim Şirvani küçəsi;
3) Qaçaq Nəbi küçəsi;
4) Məzahir Rüstəmov küçəsi;
5) Telnov küçəsinin bir hissəsi;
6) Sarayevo küçəsi;
7) Neapol küçəsi;
8) Nəsrəddin Tusi küçəsi;
9) General Əliağa Şıxlı küçəsi;
10) Ramiz Quliyev küçəsi;
11) Rahib Məmmədov küçəsi;
12) Qədir Məmmədov küçəsi;
13) Xudu Məmmədov küçəsi;
14) Cavanşir küçəsi;
15) Çingizxan Kərimov küçəsi;
16) İlqar Zülfüqarov küçəsi;
17) Zığ yolu küçəsi;
18) Polad Həşimov küçəsi;
19) Dənizçi küçəsi;
20) Hövsan yolu (tağlar);
21) Zeytun Sovxozu küçəsi;
22) Ramiz Quliyev küçəsi;
23) Oksigen küçəsi.