Cəmiyyət

Bu gün 40 mindən çox şəxsə birinci doza peyvənd vurulub

Bu gün 40 mindən çox şəxsə birinci doza peyvənd vurulubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanda koronavirus əleyhinə 50 min 903 vaksin vurulub.

7times.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 41 min 421, ikinci mərhələ üzrə 9 min 482 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 2 milyon 106 min 889, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 milyon 226 min 201, ikinci mərhələ üzrə isə 880 min 688 nəfər təşkil edir.