Bu gün Azərbaycanda bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçiriləcək.
7times.az xəbər verir ki, “Son zəng” tədbirləriNazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında, müəyyən edilmiş karantin qaydalara əməl edilməklə təşkil olunacaq.
Tədbirlər məktəb ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirilə bilər.
“Son zəng”də yalnız 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllim iştirak edə bilər.
Tədbirdə valideynlərin iştirakına icazə verilməyəcək.
Xatırladaq ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirəcək. XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə bu il XI siniflər üzrə 20 024, XII siniflər üzrə isə (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflər) 146 nəfər məzun olacaq.
Follow @7timesaz