Bu ilin ilk 9 ayı ərzində Azərbaycanın ixracı 14,6 milyard dollar olub və bunun 1,8 milyon dolları qeyri-neft sektorunun payına düşüb.
Açıqlanan rəsmi məlumatlara görə, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 525,3 milyon dollar və ya 40,9% artıb. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (158,2 milyon dollar) birinci, pambıq mahlıcı (149,5 milyon dollar) ikinci, pomidor (128,2 milyon dollar) isə üçüncü olub.
Bu ilin ilk 9 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub.