Ölkə

Bu il Azərbaycanda mobil operatorlar 390 mln. manat gəlir əldə edib

Bu il Azərbaycanda mobil operatorlar 390 mln. manat gəlir əldə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 1122,3 milyon manat dəyərində xidmət göstərib.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% çoxdur.

Dövr ərzində göstərilən xidmətlərin 74,6%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 34,7%-i və ya 388,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.