Ölkə

Bu il əmanətçilər real gəlir əldə edə bilməyib SƏBƏB

Bu il əmanətçilər real gəlir əldə edə bilməyib – SƏBƏBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə Azərbaycanda inflyasiyanın əmanət faizlərindən yüksək olması səbəbindən bankda əmanəti olanların əldə etdiyi gəlirlərin real dəyəri azalıb. 

Sfera.az xəbər verir ki, bu ilin 11 ayında inflyasiya 13,8 faizə yüksəldiyi halda əmanətlər üzrə illik faiz manatda 8,62, xarici valyutada 1,4 olub.

Müqayisə göstərir ki, illik inflyasiya illik əmanət faizlərindən xeyli yüksəkdir. Bu səbəbdən banklardan əmanət və depozitlər hesabına divident əldə edənlərin real gəliri azalıb.

Azalma xarici valyutada əmanəti olanlarda daha çox müşahidə edilib.

Lakin bununla belə qeyd edək ki, sabit gəlir növləri arasında manatla əmanət yerləşdirmək hələ də ən əlverişli sərmayədir. 2015-ci ildən sonrakı dövrün müqayisəsi göstərir ki, banklara manatla əmanət yerləşdirənlərin əldə etdiyi gəlirlər real müqayisədə artıb, xarici valyutada qoyulan əmanətlərdə isə azalıb.

Belə ki, 2015-ci ildən sonra ölkəmizdə 60 faiz inflyasiya olduğu halda manatla qoyulan əmanətlər üzrə faizlər 90 faizi ötüb. Xarici valyutada gəlirlilik isə 15 faiz səviyyəsində olub.