Bu ilin 9 ayı ərzində biznes subyektlərinə haqsız rəqabət halları üzrə 2,6 milyon manatdan artıq maliyyə sanksiyası tətbiq edilib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev 7Times.az-a açıqlamasında deyib.
O bildirib ki, bu hallar üzrə 26 iş qaldırılıb və onlardan 18-nə baxılması başa çatdırılıb.
“Aşkar olunan pozuntular digər bazar subyektlərin əmtəə nişanından qanunsuz istifadə, haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə, istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi, rəqibin təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, həmçinin eyni şərtli müabəvilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi, rəqabəti məhdudlaşdıran müqabilələrin bağlanması ilə əlaqədar olub” – deyə o qeyd edib.
7Times.az
Follow @7timesaz