2021-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalarda 125 nəfər həlak olubş, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) 7imes.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 45 (-10,7%) fakt, ölənlərin sayı 56 (-30,9%) nəfər, yaralananların sayı isə 8 (-2,1%) nəfər azalıb:
“Aparılmış təhlillər göstərir ki, 365 (97%) yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 – 2,4%) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 43,2%-i, yəni 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 29,8%-i isə, yəni 109-u qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.
Yol-nəqliyyat hadisələrin növləri içərisində piyadanı vurmaq (142 – 37,7%, 49 ölü, 99 yaralı) və toqquşma (136 – 36,1%, 35 ölü, 179 yaralı) yenə də üstünlük təşkil edir”.
Rəsmi məlumata görə, həlak olan 125 nəfərdən 50-si piyada, 42-si sürücü, 29-u sərnişin, 3-ü isə velosipedçi olub. Eyni zamanda, ölənlərdən 20 nəfəri, qadınlar, 7 nəfəri 7-16 yaş arası şəxslərdir.
Follow @7timesaz