ABŞ Prezidenti Donald Tramp ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı səslənən tənqidlərə münasibət bildirib.
O, bu tənqidlərin siyasi xarakter daşıdığını iddia edərək Demokratlar Partiyasını hədəf alıb.
Onun sözlərinə görə, əksər hallarda tənqidlərin səbəbi atılan addımın məhz onun tərəfindən həyata keçirilməsidir.
“Əgər bunu mən etməsəydim, bu dəfə də niyə Tramp İranı vurmadı? deyə etiraz edəcəkdilər”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp onu tənqid edən demokratların ABŞ xalqının maraqlarını müdafiə etmədiyini iddia edib və “Nə etsəm də, qarşı çıxacaqlar. Bu insanlar xəstədirlər” ifadələrini işlədib.
ABŞ Prezidenti əlavə edib ki, bütün tənqidlərə baxmayaraq, ölkəsi hazırda həmişəkindən daha böyük, daha yaxşı və daha güclüdür.
Follow @7timesaz


