Sosial

BU İŞÇİLƏRƏ YENİ TƏLƏB: Fevralın 1-dən…

BU İŞÇİLƏRƏ YENİ TƏLƏB: Fevralın 1-dən…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda gələn ildən COVID-19-la bağlı işçilərə yeni tələb qoyulacaq.

7Times.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq), habelə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya 2 COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.

Qeyd edək ki, hazırda dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. /Publika.az