Cəmiyyət

Bu kənd Vətən müharibəsində 17 şəhid verib (SİYAHI)

Bu kənd Vətən müharibəsində 17 şəhid verib (SİYAHI)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Deputat Şahin İsmayılov Milli Məclisdə 2022-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Beyləqan rayonunun Vətən müharibəsində 17 şəhid verən Kəbirli kəndindəki məktəbin qəzalı vəziyyətdə olmasını qeyd edib. O, hökumət nümayəndələrindən məktəbin yenidən qurulmasını mümkün qədər tezləşdirməyi xahiş edib.
“Kəbirli kəndi Azərbaycanda ən çox şəhid verən kənddir. Həmin kəndin məktəbi olduqca qəzalı vəziyyətdədir və yüngül formada desək, orada dərs demək faktiki olaraq mümkün deyil. Mən təhsil naziri və hörmətli cənab Baş nazirin burda olmasından istifadə edərək qəhrəman kəndin məktəbinin mümkün qədər tez bir vaxtda yenidən qurulmasına növbəti dövr ərzində köməklik göstərmələrini xahiş edirəm”, – deyə deputat bildirib.
“Unikal”ın məlumatına görə, Kəbirli kəndi əhalisinin sayına görə Beyləqan rayonunun ikinci kəndidir. 44 günlük Vətən müharibəsində Kəbirli kəndi 17 şəhid verib. Həmin qəhrəmanlarımızı təqdim edirik:
Əliyev Mahir Əjdər oğlu,
Quliyev Elnur Sərdar oğlu,
Vəlişov Zahir Arif oğlu
Tağıyev Anar Zakir oğlu
Yusifli Böyükağa Elbrus oğlu
Əliyev Araz Aydın oğlu
Əsədov Saleh Səməd oğlu
Rəhimov Ruslan Tanrıverdi oğlu
Rüstəmov Elnur İsmayıl oğlu
Yusifli Müzəffər Ziyyəddin oğlu
Həsənov Hafiz Saleh oğlu
Həsənov Pərviz Yolçu oğlu
Abbasov Şamxal Xasay oğlu
Həsənov Ərəstun Əfşan oğlu
Abdullazadə İmaməddin Əsgər oğlu
Rzayev Qəhrəman Bəhmən oğlu
Həsənzadə Famil Şiraslan oğlu