Dünya

Bu kəndin sakinləri 27 ildir İŞIQPULU ÖDƏMİR

Bu kəndin sakinləri 27 ildir İŞIQPULU ÖDƏMİRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elektrik fakturası ödəmək ucuz və baha olmasından asılı olmadan heç kimə xoş gəlmir. Lakin bunun da çarəsi var.

7Times.az-ın “Figaro”ya istinadla xəbərinə görə, Fransanın Kantal departamentindəki bir ucqar kənddə insanlar bunun çarəsini tapıblar. Elektrik oğurluğu iləmi? Xeyr.

30 il əvvəl kənd sakinləri özləri elektrik hasil etməyə qərar verdilər. Evlərin üstünə günəş panelləri yerləşdirilməsinin üstünlüyü tez bir zamanda məlum oldu. Təcrübə tez bir zamanda yayıldı. Artıq 27 ildir kəndin heç bir sakini elektrik pulu ödəmir. Başqa sözlə, elektrik təchizatı müstəqildir. Hamının evində məişət cihazları normal işləyir, isti su ilə bağlı problem də yoxdur.