Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada yaşayan insanların bir çox hissəsi müxtəlif parazitar (qurd) xəstəliklərindən əziyyət çəkir.
Bu xəstəliklər özünü müxtəlif simptomlarla büruzə verir ki, bu da tez-tez səhv diaqnozların qoyulmasına səbəb olur.
Qurdlar orqanizmdə intoksikasiyaya (zəhərlənmə) səbəb olur, bir çox orqan və sistemlərin fəliyyətini pozur, immun sistemini zəiflədir. Qurdlar istənilən orqanda (qaraciyərdə, ürəkdə, gözlərdə və s.) “məskunlaşaraq” bu orqanda ciddi pozulmalara səbəb ola bilər, ağır hallarda bağırsaqların keçilməzliyinə, hətta bağırsaqların yırtılmasına və daxili qanaxmaya gətirib çıxarda bilər.
Qurdlara yoluxmaq çox asandır. Lakin xoşbəxtlikdən, qidalanmamızda olan bəzi adi məhsullar güclü qurd əleyhinə təsirə malikdir və bu məhsulları daim qəbul edən insan orqanizmini qurdlardan təmizləyə bilər.
Bu məhsullar arasında
– Soğan (xüsusilə yaşıl və qırmızı soğan) və sarımsaq. Çiy halda olan soğan və sarımsaq güclü təbii qurd əleyhinə “preparat”dır. Bu məhsulları hər gün qidalanmaya daxil etmək lazımdır.
– Balqabaq tumları. Bu da çox tanınmış təbii qurdqovucu vasitədir. Hər gün 1 ovuc balqabaq tumları yeyin. Bu həm yaxşı müalicəvi, həm də profilaktik vasitədir.
– Ananas. Bromelayn fermenti ilə zəngin olan ananas parazitləri öldürür.
– Nar. Çox yaxşı qurd əleyhinə vasitədir. Sezonda hər gün 1 nar yemək lazımdır.
– Qıtığotu kökü güclü iltihab və qurd əleyhinə təsirə malikdir. Qıtığotu kökü ət və balıq xörəklərə, suplara əlavə etmək olar.
– Acı istiot. Bu da tanınmış qurd əleyhinə vasitədir.
– Tərxun, reyhan orqanizmə iltihab və qurdəleyhinə təsir göstərir.
– Badam qurd əleyhinə təsir edir, parazitlərin inkişafının qarşısını alır. Hər gün 1 ovuc badam yemək lazımdır.
– Bir çox ədviyyatlar (sarıkök, zəncəfil, darçın, sumax, istiot) qurd əleyhinə təsirə malikdir. Bu ədviyyatları xörəklərə tez-tez əlavə edin.
Saglamolun.Az