Sağlamlıq

Bu meyvə kişilərdə cinsi zəifliyə son qoyur – Siz də tanıyın!

Bu meyvə kişilərdə cinsi zəifliyə son qoyur – Siz də tanıyın!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müşahidələrdən belə qənaətə gəlmək olar ki, orqanizm üçün möcüzəvi faydaları olan avokadodan Azərbaycanda çox az istifadə edilir. Yəqin ki, bunun səbəblərindən biri bu meyvə haqqında bilgilərin az olmasıdır.

Sağlamolun.az avokadonun faydalarını, bu meyvənin orqanizmə təsiri ilə bağlı məlumatları təqdim edir.

 

Dietoloqlar avokado meyvəsini ən yaxşı pəhriz qidası kimi qiymətləndiriblər. Bu meyvəni digər qida məhsullarından fərqləndirən başlıca səbəb onun tərkibində şəkər və karbohidratların yox dərəcəsində olmasıdır.

Avokado A, C, E, K, B qrup vitaminlərlə, fol turşusu ilə, natrium, kalsium, dəmir, mis, maqneziumla zəngindir. Bu meyvənin tərkibində kaliumun miqdarı daha çoxdur. Hətta bananın tərkibində olan kaliumdan da.

Öz zəngin tərkibi ilə avokado bir çox xəstəliklərin müalicə və profilaktikası üçün olduqca qiymətli məhsuldur.

Ürək və damar xəstəlikləri üçün avokadonu təbii dərman saymaq olar. Onun tərkibində olan fol turşusu orqanizmdən xolesterinin miqdarının aşağı düşməsinə kömək edir. Böyük miqdarda kalium isə arterial təzyiqin azalmasına yardımçı olur. Həmçinin bu meyvə damarları möhkəmləndirir.

Sellüloza ilə zəngin olduğundan avokado ilə qəbzlik problemini asanlıqla həll etmək mümkündür.

Mütəxəssislər xərçəng xəstəliklərinin profilaktikası üçün bu meyvədən müntəzəm istifadə etməyi tövsiyə edirlər.

Avokado dərini gözəlləşdirir, gümrahlaşdırır, vaxtsız qırışların qarşısını alır, onu kənar təsirlərdən qoruyur.

Xalq təbabətində avokado meyvəsindən qadınlarda sonsuzluq, kişilərdə cinsi zəiflik zamanı geniş tətbiq olunur. O cinsi həvəsi artırır, intim həyatda olan problemləri həll edir.