Polşanın Xarici İşlər naziri Yasek Çaputoviç vəzifəsindən istefa verib.
7times.az xəbər verir ki, bu barədə Polşa XİN-in Mətbuat xidməti məlumat yayıb.
Polşa XİN-dən verilən məlumata görə, nazir istefa ilə bağlı açıqlamasında “Prezident seçkilərindən sonra Polşa diplomatiyasının rəhbərini dəyişdirməyin vaxtı çatıb”,-deyə bildirib.
Qeyd edək ki, bir gün əvvəl Polşanın Səhiyyə naziri Lukaş Şumovski də vəzifəsindən istefa vermişdi.
qafqazinfo
Follow @7timesaz