Sağlamlıq

Bu pəhriz ömrü 10 İL UZADIR

Bu pəhriz ömrü 10 İL UZADIRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Medicine” elmi jurnalında dərc olunan araşdırmada ömrü uzadan və qısaldan qidalar haqqında məlumat verilib.

Bəs ömrü uzadan qidalar hansılardır?

Məlumata əsasən , Aralıq dənizi pəhrizi ömrü 10 il uzadır. Bütün taxıllar, tərəvəzlər və meyvələr ömrü uzadır.

Araşdırmada qeyd edilib ki, qadınların 20 yaşında Aralıq dənizi pəhrizinə başlaması onların ömrünü 10 ilə qədər uzada bilər. Eyni yaşda sağlam qidalanmağa başlayan kişilərin isə ömrünün 13 ilə qədər uzana biləcəyi ehtimal edilir.

Daha az qırmızı və emal olunmuş ət, daha çox meyvə və tərəvəz, paxlalılar, tam taxıl və qoz-fındıq yeməyə əsaslanan “optimallaşdırılmış pəhriz” qırmızı ət və işlənmiş qidalara əsaslanan “tipik Qərb pəhrizi” ilə əvəz edilərsə, insanlar daha uzun yaşaya bilərlər.

Sözügedən pəhrizə başlayan 60 yaşlı qadının ömrü səkkiz il, eyni yaşda olan kişilərin isə ömrü təxminən 9 il uzana bilər.

Araşdırmada tərəvəz əsaslı pəhrizin 80 yaşlılara da fayda verə biləcəyi ifadə edilib. Ümumiyyətlə, insanların pəhriz dəyişikliyindən təxminən 3,5 il qazana biləcəyi bildirilib.

Araşdırmanı həyata keçirən mütəxəssislərə görə, pəhrizin keyfiyyətinin yaxşılaşdırılması xroniki xəstəlik və vaxtından əvvəl ölüm riskini azaldır.

Onilliklər ərzində aparılan tədqiqatlarda qırmızı və işlənmiş ətin ürək-damar xəstəliyi və bağırsaq xərçəngi də daxil olmaqla əhəmiyyətli sağlamlıq risklərini yüksəltdiyi qeyd edilib.

Oksford Universitetinin epidemioloqu, Böyük Britaniya Səhiyyə Departamentinin Qidalanma Elmi Məsləhət Komitəsinin üzvü Tim Key deyib ki, emal edilmiş ətin bağırsaq xərçənginə səbəb ola biləcəyinə dair əsaslı sübutlar var.

 

medicalmedia.az