Cəmiyyət

Bu peyvəndin yan təsirləri sübuta yetirildi – Alimlərdən açıqlama

Bu peyvəndin yan təsirləri sübuta yetirildi – Alimlərdən açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə koronavirusa qarşı hazırlanmış COVID-19 peyvəndi “AstraZeneca”nın yan təsirləri elmi olaraq sübuta yetirilib.

7times.az xəbər verir ki, peyvənd əleyhdarları “AstraZeneca”nın qan laxtalanmasına səbəb olduğunu vurğulayaraq bu vaksinə ehtiyatla yanaşırdılar.

İngiltərədə aparılan araşdırmaya görə, virusa yoluxan insanlarda qan laxtalanma riski COVID-19 peyvəndi olanlara nisbətən çox yüksəkdir. Oksford Universitetinin apardığı araşdırma çərçivəsində, İngiltərədə aprelə qədər testi müsbət çıxan və ya peyvənd edilən 29 milyon insanın tibbi qeydləri araşdırılıb.

Virusa yoluxmuş hər 10 milyon insandan 12 min 614-də qan laxtalanması olub. Peyvənd edilənlərin 10 milyonunda bu rəqəmin 66 olduğu təsbit edilib. Başqa sözlə, peyvənd edilməyənlərdə qan laxtalanma riskinin daha yüksək olduğu elmi olaraq sübut edilib.

Qeyd edək ki, bir sıra Avropa ölkəsi qan laxtalanması səbəbindən sözügedən peyvəndin istifadəsini təxirə salıb, bəziləri isə yaşa görə məhdudlaşdırmışdı./Teleqraf