Sabahdan – sentyabrın 21-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti, Bakı metrosunun fəaliyyəti bərpa ediləcək.
7times.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qeyd: 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Follow @7timesaz