ABŞ-dan olan 30 yaşlı Madlen Smit xəyanatkarları “canlı yemlə” tutur və bunun hesabına minlərlə dollar qazanır.
Gözəlçənin qeyri-adi biznes açması haqda yazını “Metro” paylaşıb.
Smit iddia edib ki, o, gəncliyində baxdığı “Xəyanatkarlar” realiti-şousunu xatırlayıb. İndi onun məqsədi vəfasız sevgililərini və ya ərlərini ifşa etmək istəyən qadınlara kömək etməkdir. Adətən o, xidmətləri üçün cəmi 30 dollar alıb. İnternetdə kişi ilə ünsiyyət çox davam edirsə, xərc arta bilər.
İşə başlamazdan əvvəl Smit müştəridən adam haqqında soruşur və onun keçmişdə aldadarkən tutulub-tutulmadığını öyrənir. Həmçinin, qız potensial xəyanatkarla ünsiyyətdə nə qədər irəli gedə biləcəyi ilə maraqlanır.
“Bir çox insanları mən intuitiv hiss edirəm. Qarşımda necə bir insan olduğunu anlamaq üçün sosial şəbəkədəki profili öyrənməyim kifayətdir”, – Smit deyib.
Onun sözlərinə görə, kişini anlamaq və cəlb etmək ona beş dəqiqədən iki günə qədər vaxt aparır. “Mən görürəm ki, adam “yemi” götürüb, sonra müştəriyə hər şeyi deyirəm. Bəziləri üçün mesajıma sadə cavab vermək artıq xəyanətin sübutudur”, – Smit öz işi haqqında deyib.
Əgər bu müştəri üçün kifayət etməzsə, o, Smitdən söhbətə davam etməsini xahiş edir.
“80 faiz mesajlara cavab verən kişilər dəfələrlə aldadıblar. Onların çoxu ailəlidir, uşaqları var”, – o deyib.
Smit dövlət qanunlarını tətbiq edir və hüquqşünaslar qrupu ilə işləyir. Onun sözlərinə görə, onun mindən çox sifarişi var. Onun bütün sevgililərinin sədaqətini yoxlayan daimi müştəriləri də var.
Smitin fikrincə, onun işində ən xoş olan şey ona məhəl qoyulmamasıdır. “Ən çox bəyəndiyim şey oğlanların: “Yazdığınız üçün təşəkkür edirəm, amma mənim arvadım, sevgilim, nişanlım var” deməsi və məni bloka atmalarıdır”, – o deyib./milli.az
Follow @7timesaz