Mədəniyyət

“Bu qədər gözləyiblər, üç il də gözləsinlər…”  Anar

“Bu qədər gözləyiblər, üç il də gözləsinlər…” – Anarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.

O bu barədə Manset.az-a müsahibəsində deyib.

“Bu qədər gözləyiblər, üç il də gözləsinlər. Qurultayda namizədliyimi verməyəcəyəm. Mən sözümün ağasıyam”, – Anar qeyd edib.

Hazırkı sədr addımını belə izah edib: “Başladığım bəzi məsələr var, onları yekunlaşdırmalıyam. Məni qurultay seçibsə, ona da hesabat verməliyəm”.

Qeyd edək ki, 85 yaşlı Anar 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir.