Maraqlı

Bu qidalar sizi qripdən qoruyacaq – Siyahı

Bu qidalar sizi qripdən qoruyacaq – Siyahıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qış aylarında havaların soyuması ilə yanaşı, qapalı məkanlarda daha çox vaxt keçirmək, ictimai nəqliyyat vasitələrindən mütəmadi istifadə etmək, asqıran və öskürən insanlarla eyni ortamda olmaq bakteriya və virusların yayılmasına səbəb olur. Amma artan qrip və soyuqdəymə hallarından qorunmaq, şikayətləri azaltmaq və daha tez sağalmaq mümkündür.

Bəs dərman istifadə etmədən mətbəximizdəki təbii qidalardan antibiotik kimi yararlana bilərikmi?

Təbii ki, bir neçə qida ilə immunitet sistemini gücləndirə, antibiotik dərmanlar yerinə qidaların təbii antibiotik xüsusiyyətlərindən yararlanmaq mümkündür.

7times.az antibiotik kimi istifadə edə biləcəyiniz qidaları və qrip, soyuqdəymə hallarına qarşı zəncəfilli şorba reseptini təqdim edir:

Bal: Hər səhər bir çay qaşığı bal yemək antibakterial və antivirus xüsusiyyəti ilə immunitetinizi qorumağa yardım edir. Gün ərzində enerjinizi artırır.

Zəncəfil: Zəncəfilin tərkibində yer alan gingerol maddəsi ağrıkəsici, qızdırma aşağı salan və sakitləşdirici effektlidir. İncə-incə doğranmış 1 çimdik zəncəfili limon sıxılmış ilıq suda 20 dəqiqə saxlayıb gündə 2-3 dəfə içdikdə boğaz ağrıları və öskürəyin keçməsinə yardımçı olur.

Soğan və sarımsaq: Haradasa bütün yeməklərə əlavə edilən soğan və sarımsaq qış aylarında süfrənizdən əskik edilməməli olan antibiotik xüsusiyyətli iki qidadır.

Sarıkök: Antibakterial xüsusiyyəti olan sarıkökü 1 stəkan qaynar suda 5 dəqiqə dəmləyərək gündə 2-3 dəfə için.

Adaçayı: Antivirus özəllikli adaçayı ağız və boğaz müalicəsinə faydalıdır. 3-4 qram yarpağı 1 stəkan isti suda 5-10 dəqiqə dəmlədib qarqara edə bilərsiniz.

Çörəkotu: İmmunitet sistemini dəstəkləyən çörəkotunu gündə 1 çay qaşıq olmaqla yaxşı çeynəyərək yeyin.

Zəncəfilli şorba resepti

1 yemək qaşığı kərə yağında 1 soğan və 2 diş sarımsağı qovurun. Üzərinə doğranmış kök və 1 kiçik kərəvəz əlavə edin. 5 stəkan isti su əlavə edib qaynadın. 1 yemək qaşığı rəndələmiş zəncəfil və 1 çay qaşığı sarıkök, duz, istiot əlavə edib bişirin. Blendrdən keçirib kərəvəz yarpaqları ilə bəzəyin. /Qafqazinfo.az