Cəmiyyət

Bu rayon və şəhərlərdə məktəblər bağlandı

Bu rayon və şəhərlərdə məktəblər bağlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələri distant təhsilə keçir. 

7times.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin qərarında bildirilib.

Qeyd edilib ki, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, bu həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Distant tədris zamanı dərslər “Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin  şagirdlərə “Dərs vaxtı” teledərsləri izləmək tövsiyə olunub.