Siyəzən sakinləri rayonda baş verən korrupsiya əməlləri və məmur özbaşnalığından təngə gəlib.
7times.az a danışan vətəndaşlar rayonun idarə, müəssisə və təşkilatlarında yaşanan qanuna zidd əməllərin günü-gündən daha geniş yayıldığını və bu əməlləri edənlərin cəzasız qaldığını bildirir.
Bu rayon bazar qanunları ilə idarə olunur
Siyəzən rayonunun ən çox narazılıq yaradan xidmət təşkilatlarından biri səhiyyədir. Sakinlər deyir ki, təkcə xəstəxananın verdiyi saxta bülletenlərlə 36 min manat dövlət vəsaiti mənimsənilib. Bu edilən çoxsaylı şikayətlərdən sonra aparılan maliyyə yoxlaması nəticəsində ortaya çıxıb. Amma buna baxmayaraq sözügedən əməllərə görə heç kəs cəzalandırılmayıb. Bu cəzasızlıq mühiti eyni qanunsuzluqların təkrar yaşanmasına zəmin yaradır.
Hadı Rəcəblinin məktəb direktoru olan qohumu
Qanunsuz bülleten alan pedaqoji işçilərin çoxu Siyəzən şəhər 6 saylı məktəb liseyinin kollektivi idi. O, təhsil müəssisəsinin direktoru isə keçmiş millət vəkili Hadı Rəcəblinin yaxın qohumu idi. Elə buna görə də o, qanunsuz korrupsiya əməllərinə görə cəza almadı.
Sakinlər rayonda baş verən bütün qanunazidd əməllər və məmur özbaşnalığı barədə hər strukturun aid olduğu nazirliyə müraciət edib. Amma bütün müraciətlərə baxmayaraq hələlik yalnız bir nəticə hasil olub. O da rayon məşğulluq xidmətinin fəaliyyətində baş verən nöqsanlar barədə ƏƏSM Nazirliyinə edilən müraciətdən sonra. Nazirlik vətəndaşların bu çağırışından sonra rayon məşğulluq xidmətinin direktorunu vəzifədən azad edib.
Pensiya təyinatı üçün insanlardan rüşvət tələb edilir
Əlillik pensiyasının təyinatı üçün rayonda rüşvət vermək lazım imiş. Xəstəlik tarixçəsinin açılmasından həkimlərin bunun üçün verməli olduğu keçərli xəstəlik diaqnozuna qədər olan bütün proseslər müəyyən vəsaitin qarşılığında edilir.
İcra başçısı Novruz Novruzova bütün bu məsələlər barədə məlumat vermişik. Amma bir nəticəsin görməmişik. Yaşlı adamdı, onun başı şeir yazmağa qarışıb.
Rayon sakinlərinin 7times.az a verdiyi video müsahibələri və saxta olduğu iddia edilən bülletenlərin şəkillərini sizə təqdim edirik:
Cəlal Fərzəliyev
7times.az
Follow @7timesaz