Prezident İlham Əliyev “Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərman imzalayıb.
7times.az-ın məlumatına görə, ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği 210 manat müəyyən olunub.
Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Follow @7timesaz