Sağlamlıq

Bu şəxslərə qoz-fındıq yemək olmaz!

Bu şəxslərə qoz-fındıq yemək olmaz!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoz, fındıq, badam, keşyu, püstə, araxis çox faydalı məhsullardır.

Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngin olan bu məhsullar ürək-damar xəstəliklərindən, infarkt və insultdan qoruyur.

Mütəxəssislər hər gün 1 ovuc qoz-fındıq yeməyi tövsiyə edirlər.

Lakin onu da nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı qoz-fındığı yemək ziyanlıdır.

Saglamolun.az sizə bu xəstəliklərin siyahısını təqdim edir:

– respirator-virus xəstəlikləri,

– soyuqdəymə,

– angina,

– öskürək,

– allergiya,

– ekzema,

– psoriaz,

– neyrodermit,

– mədə və 12 barmaq bağırsağı xorası,

– qastrit,

– kolit,

– enterokolit.