Cəmiyyət

Koronavirus keçirmiş şəxslərin bir doza vaksin vurdurması kifayətdir – RƏSMİ

Koronavirus keçirmiş şəxslərin bir doza vaksin vurdurması kifayətdir – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“6 ay əvvəl koronavirusa yoluxmuş şəxslərin hazırda bir doza vaksin vurdurması kifayətdir”.

7times.az xəbər verir ki, bu barədə APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini bildirib ki, həmin şəxslərin ikinci doza peyvənd vurdurmasına ehtiyac duyulmur:

“Amma hər halda bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarına əsasən, xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

Həmçinin peyvəndlənmiş vətəndaşlar ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.