Cəmiyyət

Bu təhsil müəssisələri iki diplom verəcək

Bu təhsil müəssisələri iki diplom verəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycanda olan iki peşə təhsili verən müəssisəsinin bazasında Türkiyənin Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi təsis ediləcək.

7times.az xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsində yer alıb.

Sənədə əsasən, sözügedən peşə təhsili müəssisələrində təhsilini başa vuran tələbələrə Azərbaycan və Türkiyənin milli qanunvericiliklərinə uyğun olaraq iki diplom veriləcək.

Tərəflər bu peşə təhsili müəssisələri tərəfindən verilən diplom, transkript, sertifikat və digər sənədləri qarşılıqlı olaraq tanıyacaqlar.