Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
7times.az xəbər verir ki, Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
“Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meterioloji amilləri nəzərə alsınlar”, – deyə BNA-nın açıqlamasıda bildirilir.
Follow @7timesaz