Cəmiyyət

Bugünkü yoluxma sayı: 1099 yeni xəstə, 34 ölüm

Bugünkü yoluxma sayı: 1099 yeni xəstə, 34 ölümbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1099  yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.aza verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 271834 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 242293 nəfər müalicə olunaraq sağalıb, 3711 nəfər vəfat edib, aktiv xəstə sayı 25830 nəfərdir.

Ölkədə son sutka ərzində 6763, hazırkı dövrədək isə 2935718 test aparılıb.