Maraqlı

Bunu edən 5 il tez ölür, beyni günü-gündən əriyir

Bunu edən 5 il tez ölür, beyni günü-gündən əriyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə aparılan genişmiqyaslı araşdırma nəticəsində məlum olub ki, uzun müddətli tənhalıq beyni daraldır və müxtəlif xəstəliklərə yol açır.

7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, Milli Statistika İdarəsinin məlumatlarına görə, hazırda Böyük Britaniyada 3 milyondan çox insan xroniki tənhalıq yaşayır.

Rəqəmlər göstərib ki, 30 yaşdan aşağı insanlar ən tənha yaş qrupudur, xroniki tənhalıq yaşı 16-dan başlayır. Sözügedən təklik yalnız romantik münasibətlər və ya dostluqlarla məhdudlaşmır. Ekzistensial ağrılardan sonra yaranan tək qalmaq istəyi çox vaxt qalıcı ola bilir.

Bir müddətdir ki, tənhalığın sağlamlığa zərərli olduğu bilinsə də, son vaxtlar alimlər bunun səbəblərinə diqqət yetirməyə başlayıblar.

Araşdırmanın nəticələri kifayət qədər narahatedicidir…

Məlum olub ki, tək qalmaq beynimizi kiçildə bilə və demans riskini artıra bilər. Yaponiyanın Kyushu Universiteti tədqiqata yaşı 65 və yuxarı olan təxminən 9000 insanı daxil edib.

Nəticələr sübut edib ki, ən az sosial təmasda olanların beyin həcmi də ən kiçikdir. Tədqiqatçıların fikrincə, sosial təmasların olmaması beyni tədricən kiçildir. Müəyyən edilib ki, müntəzəm şifahi ünsiyyət beyin hüceyrələri arasında yeni əlaqələrin yaranması üçün lazım olan sinir impulslarını aktivləşdirir və beyin həcmini qoruyur.

Ancaq tənhalığın sağlamlığa tək təsiri bu deyil. Araşdırmalar tək qalmağın xərçəng, ürək və demans kimi xəstəliklərin riskini artırdığını və ömrünü 5 il azalda biləcəyini ortaya qoyub.

Bir araşdırma, İngiltərədə yaşayan 2 tip diabet xəstələrinin əksəriyyətinin tənha olduğunu izah edib. Orqanizm tək qalanda təhlükədəymiş kimi reaksiya verir. Ürək dərəcəsi və qan təzyiqi artdıqca kortizol hormonu işə salınır.

Tədqiqatlar göstərir ki, artan kortizolun davamlı təsiri qan təzyiqini, qan şəkərinin səviyyəsini, xolesterini və qanda zərərli yağları artıra bilər. O, təkliyin insult və ürək-damar xəstəliklərinin inkişafına səbəb olduğunu da açıqlanıb.