Maraqlı

Bürclərin gizlinləri: Hansı bürc harada və necə sevişməyə üstünlük verir?

Bürclərin gizlinləri: Hansı bürc harada və necə sevişməyə üstünlük verir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astrologiya həm özümüzü, həm də başqa insanı başa düşməyimiz üçün əvəzsiz bir bələdçidir. Bir çox mövzuda olduğu kimi, intim məsələlərlə bağlı da astroloji məsləhətlərdən faydalana bilərik.

7Times.az Sfera.az-a istinadən bu dəfə bürclərin cinsi əlaqə zamanı nə dərəcədə fəal və ya passiv olduqları ilə bağlı məlumatı təqdim edir:
Qoç qadını – Hər mövzuda olduğu kimi intim həyatda da liderlikdən imtina etmirlər. Seks onun üçün idman kimidir. Qarşısındakı kişini də bu məsələdə sınaya bilər. Qoç bürcü qadınının yataqdakı partnyoru dürüst, aktiv olmalıdır.
 
Qoç kişisi – Seksə olduqca düşkün olan bu bürcün nümayəndələri ehtiraslı davranışları ilə qarşısındakı qadının da ağlını başından alır. Bəyəndiyi qadını asanlıqla əldə edə bilər. Seksdə eqoist hərəkətləri romantik qadınları məyus edir. Hər an seksə hazırdır.
Buğa qadını – Sakit görüntüsünün altında olduqca ehtiraslı birini gizlədir. Yataqda klassik pozalardan xoşları gəlir. Qarşısındakı kişinin baxımlı olması önəmlidir. Tələsməyi sevmədiyinə görə, səbrsiz kişilərdən uzaq durmağa çalışırlar.
Buğa kişisi – Nə qədər ehtiraslı olsalar da, yataqda bir uşaq kimi ola bilirlər. Yəni qayğıdan, sığallanmaqdan, sevilməkdən xoşları gəlir. Seksdə yeniliklərə açıq deyil.
 
Əkizlər qadını – Ağılları ilə diqqət çəkən əkizlər qadınları zəkalarından yalnız yataqda istifadə etməzlər. Seksə bəsit gözlə baxırlar, onun üçün seks sadəcə rahatlama vasitəsidir. Onun marağını seksə cəlb etmək üçün erotik mesajlar və ya telefon danışıqları etmək mümkündür.
Əkizlər kişisi – Seksi bir oyun olaraq görürlər. Bu mövzuda elə də sadiq deyillər, çünki fərqli qadınlarla fərqli məkanlarda sevişməyə üstünlük verirlər. Fiquralı və intellektual qadınlardan xoşları gəlir.
Xərçəng qadını – Gözəl sözlərdən və zərif toxunuşlardan təsirlənirlər. Yataqda olduqca ehtiraslı ola bilən bu qadınlar onu müdafiə edən kişilərlə maraqlanırlar. Onu ehtiraslı formada öpüb qulağına sevgi sözləri deməyiniz yoldan çıxara bilər.
Xərçəng kişisi – Yataqda çox ehtiraslıdırlar və partnyorlarını təəccübləndirirlər. Başqa məkanlarda sevişməkdən xoşları gəlmir, özünü evində imiş kimi hiss etməlidirlər.
Şir qadını – Hər kəsin diqqətini çəkirlər, amma onlar özlərinə tez təslim olmayan kişiləri yatağında görmək istəyərlər. Partnyorunun ona heyranlığı seksdə ehtirası artıra bilər. Yataqda nəzarətin qarşı tərəfdə olmasını istəyərlər.
Şir kişisi – Normal həyatda olduğu kimi yataqda da təriflənmək istəyirlər. Seks partnyorunun diqqət çəkici olmasının tərəfdarıdırlar. Erotizmdən xoşları gəlir, ona görə ön sevişmədən daha çox həzz ala bilərlər.
Qız bürcü qadını – Təmizkar qız bürcləri partnyorunun da baxımlı və təmiz olmasını istəyir. Bəzi qız bürcünün nümayəndələri buna görə hamamda sevişməyə üstünlük verir. Vəhşi davranışlardan çox, incə davranışlar sərgiləyən kişilərə üstünlük verirlər.
Qız bürcü kişisi – Qarşısındakı qadının ağıllı və təmiz olması onu təhrik edir. Seks üçün qarşısındakı qadına tamamilə güvənməlidir. Əgər gərgindirsə, masaj etmək onu sakitləşdirə bilər.

Tərəzi qadını – Zərif tərəzilər yataqda da onlara qayğıkeş davranılmağını sevir. Söyüşlü danışıqlardan xoşları gəlmir. Sevişdikləri məkan mütləq estetik olmalıdır.
Tərəzi kişisi – Onlar gözəl qadınlarla sevişməyə üstünlük verirlər. Əks halda, bunun üçün qaranlıq ortamı seçərlər. Yataqda hakim olmağı sevən tərəzilər nəzarəti ələ alan qadınlara da “yox” deməzlər.
Əqrəb qadını – Gecədən və qaranlıqdan xoşları gəlir. Seksi həyatının mərkəzinə qoyan əqrəb qadını həm də ehtiraslıdır. Onun bu xarakterindən təsirlənməyən kişi yoxdur. Hər hansı biri ilə məkanı və zamanı önəmsəmədən sevişə bilər.
Əqrəb kişisi – Sekssiz onlar heç nədir desək, yanılmarıq. Cəlbedici gördüyü hər qadınla sevişə bilərlər. Lakin sevdikləri zaman cinsəllikdən soyumaq ehtimalları var. Sevişməyə isə hər an hazırdırlar.
Oxatan qadını – Seksi əyləncə kimi görür. Hətta bəzən söhbət etməyi seksə dəyişə bilir. Onu yatağa cəlb etmək üçün əvvəlcə yaxşı dost olmağı bacarmalısınız. Dəyişkən fantaziyalara açıqdırlar.
Oxatan kişisi – Ehtiraslı halları ilə qarşı tərəfi dünyanın ən gözəl qadını kimi hiss etdirə bilirlər. Lakin şorgöz olmaları ağıllarının tez-tez digər qadınlarda olmasına yol açır. Ümumiyyətlə, macəralı, ekzotik ortamları sevirlər.
Oğlaq qadını – Ancaq kişiyə güvənsə, yatağını ona aça bilər. Başlarda soyuq və məsafəli davransalar da, güvəni artdıqca, yataqda daha ehtiraslı qadına çevrilirlər. Seksdə hakimiyyətin partnyorunda olmasını istəyirlər.
Oğlaq kişisi – Onlar da mütləq güvəndiyi qadınla eyni yatağı bölüşə bilirlər. Qarşı tərəfin tamamilə özündən asılı olmasından xoşları gəlir. Ciddi və yaşca özündən böyük qadınları sevə bilirlər.
Dolça qadını – Bu qadınlar seksdə də azad olmağa üstünlük verirlər. Tək gecəlik münasibəti seçə bilirlər. Monotonluğu sevmədiklərinə görə, klassik pozalardan bezirlər. Yeniliklərə açıq olmaları qarşı tərəfi də təəccübləndirir.
Dolça kişisi – Ağıl olaraq yaxşı yola getdiyi və dost ola bildiyi qadınlarla sevişməkdən xoşları gəlir. Utancaq olduqları üçün bəzən ilk addımı qadın atmalıdır. Gizli və zəkalı qadınlarla seksdən həzz alırlar.
Balıq qadını – Romantik balıq qadınlarının biri ilə sevişməsi üçün ən önəmli faktor aşiq olmaqdır. Seks zamanı kobud və sərt hərəkətlərdən xoşları gəlmir.
Balıq kişisi – Çox tez-tez aşıq olduqları üçün partnyorları dəyişir. Yataqda hakimiyyətin qadında olması xoşlarına gəlir. Göründüyündən daha ehtiraslıdırlar. Sevildiyini eşitmək yataqda onu aktivləşdirə bilər.